İtaliya Rusiya nümayəndə heyətini Vatikana buraxa bilər
İtaliya Vatikanda Ukrayna üzrə danışıqlar keçiriləcəyi təqdirdə Rusiya diplomatlarının ölkə ərazisindən keçməsinə icazə verə bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Bu barədə Ümumdünya Köhnə Möminlər İttifaqının rəhbəri Leonid Sevastyanov Müqəddəs Taxt-Tacla əlaqələrinə istinad edərək açıqlama verib.
Onun sözlərinə görə, Vatikan Ukrayna üzrə danışıqlar üçün öz ərazisini təqdim etməyə hazır olduğunu təsdiqləyib.
Sevastyanov bildirib ki, belə bir vəziyyətdə İtaliyanın Baş naziri Ciorcia Meloni Rusiya nümayəndə heyətinin ölkənin hava məkanından və ərazisindən keçməsinə şərait yaradacaq.
Qeyd edək ki, Müqəddəs Taxt-Tac son aylarda Rusiya və Ukrayna arasında dialoqun təşviqi istiqamətində diplomatik səylər göstərir. Sentyabrın sonunda Papa XIV Leo-nun xüsusi nümayəndəsi kardinal Matteo Zuppi Rusiyaya səfər edərək humanitar məsələlərlə bağlı görüşlər keçirib.
15:18 04.10.2026
Oxunuş sayı: 38