Avroparlamentarilər Rusiya aktivlərinə göz dikdi
Avropa Parlamentinin 122 deputatı Rusiyanın dondurulmuş 200 milyard avrodan çox aktivlərinin Ukraynaya yardım üçün istifadə edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə məlumat yayıb.
Avroparlamentarilər Avropa Komissiyasını məsələni yenidən müzakirəyə çıxarmağa çağırıblar. Təklifə əsasən, Rusiyaya məxsus aktivlər “Euroclear” sistemindən çıxarılaraq Aİ-nin xüsusi mexanizminə köçürülə bilər.
Bu mexanizm vasitəsilə vəsaitlərin Ukraynaya dəstək məqsədilə yönəldilməsi nəzərdə tutulur.
Təklif olunan yeni mexanizmin digər məqsədi isə mümkün məhkəmə iddiaları və Rusiyanın cavab tədbirləri ilə bağlı yaranacaq hüquqi və maliyyə risklərini Aİ ölkələri arasında bölüşdürməkdir.
17:42 04.10.2026
Oxunuş sayı: 47