UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ilk hissə başa çatıb - Yenilənir
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
17:31
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
17:05
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.
Crossmedia.az xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
17:54 04.10.2026
Oxunuş sayı: 48