Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə güləş turniri keçiriləcək
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş üzrə Açıq Sumqayıt turniri keçiriləcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
U-17 yaş qrupunun idmançıları yunan-Roma və sərbəst güləş üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yarış 21-22 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.
13:58 18.11.2026
Oxunuş sayı: 76