“Mançester Yunayted” və “Çelsi”nin skautları Türkiyəyə gedir
İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klublarının skautları “Qalatasaray”ın futbolçusu Aleksey Batrakovu izləmək üçün Türkiyəyə səfər edəcəklər.
Crossmedia.az xəbər verir ki, “Birinci Sport” bu barədə məlumat yayıb.
Skautların Batrakovu oktyabrın 13-də UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”la “Barselona” arasında keçiriləcək oyunda şəxsən izləyəcəyi bildirilir. Qarşılaşma Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.
Batrakov “Qalatasaray”ın heyətində ilk məhsuldar ötürməsini Türkiyə çempionatının beşinci turunda “Kocaelispor”a qarşı oyunda edib.
Rusiyalı futbolçu qarşılaşmanın 59-cu dəqiqəsində Qabriel Sarunu əvəzləyərək meydana çıxıb. O, 71-ci dəqiqədə Abdülkerim Bardakçıya məhsuldar ötürmə verib və futbolçu hesabı açıb. Qarşılaşma “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sentyabrın 19-da isə “Qalatasaray” Türkiyə çempionatının altıncı turunda “Trabzonspor”a 0:4 hesabı ilə məğlub olub. Batrakov həmin görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 68-ci dəqiqədə meydana daxil olub.
15:58 04.10.2026
Oxunuş sayı: 48