Türkiyədə bir neçə vilayətdə zəlzələ hiss olunub
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 maqnitudalı zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:19-da, 7,99 kilometr dərinlikdə qeydə alınıb və bir neçə vilayətdə hiss olunub.
Bundan sonra həmin ərazidə 4,9 maqnitudalı daha bir zəlzələ baş verib. Osmaniyə vilayətinin Sumbas rayonunda isə 5,2 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Hazırda zəlzələlərin mümkün fəsadları barədə məlumat verilməyib.
17:16 04.10.2026
Oxunuş sayı: 44