Tramp: “Bu etirazçılara kim pul verir?”
ABŞ Prezidenti Donald Tramp onun obyektlərində keçirilən etiraz aksiyalarının iştirakçılarının maliyyələşdirildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlama verib.
“Onlara nə qədər pul verilir və kim ödəyir? O, mənim bütün obyektlərimdə etiraz edir. Digərləri də belədir, eyni adamlardır. Bunlar pulla etiraz edən şəxslərdir, elə deyilmi?” – Tramp bildirib.
Tramp etirazçıların kim tərəfindən maliyyələşdirildiyinə dair konkret sübut təqdim etməyib.
17:58 04.10.2026
Oxunuş sayı: 54