Gürcüstan Orta Dəhlizin genişlənməsini dəstəkləyir
Gürcüstan TRIPP marşrutunu ölkə ərazisindən keçən mövcud nəqliyyat dəhlizlərinə rəqib hesab etmir.
Crossmedia.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə açıqlama verib.
Kobaxidzenin sözlərinə görə, 2020-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi 7 dəfə artıb. Buna görə də marşrutların şaxələndirilməsinə obyektiv ehtiyac yaranıb.
Baş nazir bildirib ki, TRIPP, həmçinin “Tramp marşrutu” kimi tanınan yeni nəqliyyat xətti Gürcüstan ərazisindən keçən mövcud marşrutları tamamlaya bilər.
“Biz düşünmürük ki, TRIPP və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yarada bilər. Bu, Anakliyaya da aiddir”, – Kobaxidze deyib.
O, Anakliyaya marağın yüksək olduğunu və bunun Gürcüstan marşrutunun ciddi rəqibinin olmadığını göstərdiyini qeyd edib.
17:50 04.10.2026
Oxunuş sayı: 46