"Google" Gemini istifadəçiləri üçün dəyişiklik edir
"Google" oktyabrın 9-dan etibarən süni intellekt modeli Gemini Pro-ya pulsuz girişi dayandıracaq.
Crossmedia.az xəbər verir ki, “Google” şirkətinin rəsmi yardım mərkəzində bu barədə məlumat verilib.
Şirkətdən bildirilib ki, AI Plus abunəçilərinə dəyişikliklərin qüvvəyə minəcəyi tarixlə bağlı elektron poçt vasitəsilə məlumat göndəriləcək. Abunəliyi olmayan istifadəçilər isə Gemini Flash-Lite modelindən yararlanmağa davam edə biləcəklər.
Qeyd edək ki, “Google” oktyabrın 1-də Gemini 4 Argon adlı yeni süni intellekt modelini təqdim edib. Model proqram təminatının hazırlanması, hüquq, maliyyə və kibertəhlükəsizlik sahələri də daxil olmaqla, mürəkkəb və çoxmərhələli tapşırıqlar üçün nəzərdə tutulub.
Şirkət artıq yeni modeldən daxili işlərində istifadə edir. Məlumata görə, Gemini 4 Argon məlumat mərkəzlərində yaddaşdan istifadəni optimallaşdırmağa və əlavə avadanlıq almadan yüzlərlə terabayt yaddaşa qənaət etməyə kömək edib.
Bundan əvvəl “Google”un kompüterlər üçün nəzərdə tutulan ChromeOS əməliyyat sisteminə dəstəyin 2034-cü ildə dayandırılacağı barədə məlumat yayılmışdı.
16:21 04.10.2026
Oxunuş sayı: 41