Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğradı: 2 nəfər öldü
Almaniyanın cənub-qərbində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, “SWR” bu barədə məlumat yayıb.
Hadisə Baden-Vürtemberq federal torpağında, Haylbronn rayonunun Gundelsheim şəhəri yaxınlığında baş verib.
Polisin ilkin məlumatına görə, təyyarənin göyərtəsində olan iki nəfərin hər ikisi ölüb. Təyyarədə başqa sərnişinin olmadığı bildirilib.
Qəzadan sonra təyyarədə yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
16:11 04.10.2026
Oxunuş sayı: 45