Türkiyə Rusiya neftindən imtina edərək yeni mənbələrə yönəlir
Türkiyə son sanksiyaların tətbiqindən sonra Rusiya mənşəli olmayan neftin idxalını artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reusters” agentliyi məlumat yayıb.
Ölkənin ən iri neft emalı müəssisələrindən biri - SOCAR Turkiye Aegean Refinery (STAR) - İraq, Qazaxıstan və digər ölkələrdən dörd partiya xam neft alıb. Tədarüklərin dekabr ayında həyata keçirilməsi planlaşdırılır.
İlkin hesablamalara əsasən, bu, gündə 77-129 min barel təşkil edir. Müqayisə üçün, sentyabr–oktyabr aylarında zavodda emal olunan neftin demək olar ki, hamısı Rusiyadan gətirilmişdi – təxminən gündə 210 min barel.
Fidan Quliyeva
20:25 02.11.2025
Oxunuş sayı: 2708