Londonda qatarda bıçaqlı hücum: 10 nəfər hospitala yerləşdirilib
Londonda qatarda baş verən bıçaqlı hücum nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib.
Crossmedia.az bu barədə "The Daily Mail"-ə istinadən xəbər verir.
Məlumata görə, 9 nəfərin vəziyyəti kritikdir. Polis hadisə ilə bağlı iki şübhəlini saxlayıb. Hücumdan sonra Böyük Britaniya hüquq-mühafizə orqanları terror aktı zamanı tətbiq edilən “PLATO” kodunu aktivləşdiriblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
15:14 02.11.2025
Oxunuş sayı: 1814