Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 dövlət şirkəti açıqlanıb
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 10 dövlət şirkəti tərəfindən ixrac edilmiş qeyri-neft məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (743,447 milyon ABŞ dolları) ilə müqayisədə 107,233 milyon ABŞ dolları və ya 14,42 % artaraq 850,68 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,59 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:

10:37 01.11.2025
Oxunuş sayı: 7916