Pilot təyyarə ilə Təl-Əvivə hücum etmək istəyib
“Flydubai” aviaşirkətinin Oman vətəndaşı olan ikinci pilotunun təyyarəni 11 sentyabr terroru ssenarisinə bənzər şəkildə Təl-Əvivdəki “Azrieli” qüllələrinə çırpmağı planlaşdırdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Ynet” bu barədə jurnalist və ərəb məsələləri üzrə analitik Smadar Perinin Əbu-Dabidəki yüksək rütbəli mənbəyə istinadən hazırladığı materialda məlumat yayıb.
Məlumata görə, Omanlı pilot 2026-cı ildə “Flydubai”də çalışdığı 8 ay ərzində dəfələrlə İsrailə səfər edib. Onun son səfərinin insidentdən bir neçə gün əvvəl olduğu bildirilir.
İddialara əsasən, pilot hücum planını əvvəlcədən hazırlayıb və təyyarənin idarəsini ələ keçirərək Təl-Əvivdəki hündürmərtəbəli binalardan birinə çırpmağı nəzərdə tutub. Lakin ekipaj üzvləri və sərnişinlərin müdaxiləsi nəticəsində planın qarşısı alınıb.
Hazırda istintaq çərçivəsində pilotun “Flydubai”də necə işə qəbul edildiyi, BƏƏ və İsraildə onun mümkün əlbirilərinin olub-olmadığı və hücum planının arxasında başqa şəxslərin dayanıb-dayanmadığı araşdırılır.
“Ynet”in məlumatına görə, araşdırmada İsrail və BƏƏ ilə yanaşı digər ölkələrin təhlükəsizlik qurumlarının nümayəndələri də iştirak edir.
18:31 04.10.2026
Oxunuş sayı: 42