Rusiya hərbi əməliyyatları davam etdirəcək
Rusiya sülhə dinc yollarla nail olmağın mümkün olmadığı müddətdə hərbi əməliyyatları davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.
Peskov bildirib ki, Rusiya Donetsk Xalq Respublikasının (DXR) ərazisinin hətta yüzdə birinin yüzdə biri qədər hissəsinin “azad edilməsi” uğrunda belə mübarizə aparacaq.
Onun sözlərinə görə, bu məsələ müzakirə mövzusu deyil və Moskva bu mövqeyində israrlıdır.
18:07 04.10.2026
Oxunuş sayı: 54