Aynur Sofiyeva: Azərbaycanda boşanmaların artması dünyada ailə institutu ətrafında baş verənlərin pis nümunəsidir
Azərbaycanda nikahların azalması, boşanmaların artması dünyada ailə institutu ətrafında baş verənlərin pis nümunəsidir.
Crossmedia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Xeyirxahlıq ailədən başlayır" təliminin açılışında deyib.
Onun sözlərinə görə, cəmiyyət olaraq mövcud vəziyyətlə birgə mübarizə aparmaq lazımdır:
"Ailələr dövlətin yanında olmalıdırlar. Onlar "Azərbaycan ailə modeli necə olmalıdır" düşüncəsini yaxşı nümayiş etdirməlidirlər".
Qeyd edək ki, "Xeyirxahlıq ailədən başlayır" təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Ailə könüllüləri" layihəsi çərçivəsində keçirilir. Məqsəd ailələr arasında könüllülük fəaliyyətini təşviq etmək, ailə institutuna sosial və psixoloji dəstək mexanizmlərinin əhəmiyyətini vurğulamaq, eyni zamanda ailə dəyərlərinin möhkəmləndirilməsinə töhfə verməkdir. Təlimdə paytaxt və bölgələrini təmsil edən könüllü ailələr, sosial məsələlər üzrə mütəxəssislər və psixoloqlar iştirak edirlər.
11:58 28.10.2025
Oxunuş sayı: 1453