"Yüksəliş" qalibi ilə müsahibə: İştirak etdiyim ən şəffaf və obyektiv proqramdır - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki “Yüksəliş”in IV müsabiqənin qaliblərindən biri olan Orxan Şamilzadədir. Müsahibədən əsas fikirləri təqdim edirik:
-“İştirak etdiyim ən şəffaf və obyektiv proqramdır".
-“Qalib olmaq üçün yalnız xaricdə oxumaq şərt deyil".
-“Standart "hazırlıq formulu" yoxdur - kompetensiya və situativ performans həlledicidir".
Müsahibə yaxın günlərdə dərc olunacaq.
Fidan Qarayeva
13:04 24.10.2025
Oxunuş sayı: 1749