Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq

Azərbaycanda oktyabrın 1-dən məktəb
avtobusları layihəsi başlayacaq.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Emrullayev deyib.
Onun sözlərinə
görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.
Nazir vurğulayıb
ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:
"Biz
prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir
göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir
və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin
etməkdir".
E. Əmrullayev
əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək
mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin
valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: "Layihənin əsas
məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların
azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən
optimallaşdırılacaq".
Nazir qeyd edib
ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi
olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər. (Report)
19:33 29.09.2025
Oxunuş sayı: 1053