“Mən birtərəfli şəkildə sülhdən danışmıram, bizdə sülh haqqında imzalanmış sənədlər var” - Paşinyan

“Mən birtərəfli şəkildə sülhdən
danışmıram, bizdə sülh haqqında imzalanmış sənədlər var”.
Crossmedia.az xəbər verir ki, bu barədə bu gün Strasburqda erməni
jurnalistlərlə qısa söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bundan əlavə, elə deyil ki, təkcə mən
sülhdən danışıram. Azərbaycan da sülhdən danışır. Burada açıqlamalarda fikir
ayrılığı yoxdur. Siz deyirsiniz ki, BMT kürsüsü müəyyən sualları aydınlaşdırmaq
meydanına çevrilib. BMT kürsüsü elə bunun üçündür ki, müəyyən suallar təkcə
aydınlaşdırılmasın, həm də izah olunsun. BMT kürsüsü mövqelər bildirmək, onları
bir qədər yaxınlaşdırmaq üçün nəzərdə tutulub. Bu da mənim yanaşmam və başa
düşməmdir.
Əgər güman etsək ki, hər şey elə
sualda qeyd edildiyi kimidir. Sonra nə olacaq, nəticə nədir? Ermənistanda
mövcud olan və mənə də tanış olan bu təsəvvürü mən tez-tez vurğulamışam: Ermənistanda
olan və əsasında mənim addımlarımı tənqid etdikləri həmin yanaşmaların mən də
vaxtilə onların daşıyıcısı olmuşam, onlar mənə yaddır deyə bilmərəm”, - deyə
Paşinyan bildirib.
O qeyd edib ki, “Reall Ermənistan”
ideologiyasında mühüm bir məqam var, söhbət dəyişməkdən, özünə nəzər salmaqdan
gedir.
Həqiqət əgər düşünülüb dəyərləndirilməyibsə,
o, artıq həmin məqamını itirir. Bizim cəmiyyətdə hər şey belə qoyulur: Azərbaycan
bunu dedi, başqası onu dedi, üçüncüsü başqa şey dedi, amma daim ən mühüm sual
diqqətdən kənarda qalır, bəs biz nə deyirik? Biz uzun müddət Ermənistanın
subyektliyindən danışmışıq, Ermənistan beynəlxalq münasibətlərdə subyektdir,
obyekt deyil. Bu da ona görədir ki, bizi heç vaxt maraqlandırmayıb ki, biz nə
deyirik, daim maraqlandırıb ki, başqaları nə deyir. Halbuki bizə vacib olan
bizim nə dediyimizdir və mövqelərimizi beynəlxalq hərəkata və qaydalara nə dərəcədə
uyğunlaşdırmağımızdır”, - deyə Paşinyan bəyan edib.
Ermənistan başqalarının tələblərini
yerinə yetirməsi məsələsinə toxunan erməni Ermənistan Baş naziri deyib: “Ermənistan
heç kimin tələbini yerinə yetirmir. Tariximizdə elə vəziyyətlər olub ki, biz dəfələrlə
toqquşmalara məruz qalmışıq və nəticədə demişik: “Ədalətsiz dünya, üzünə tüpürək”.
Amma nəzərə almamışıq ki, ola bilsin bu ona görədir ki, biz şosse yolunun hərəkət
hissəsində dayanmışıq. Küçəni təsadüfi yerdən yox, piyada keçidindən keçməliyik.
Bunu da belə yozmaq olar ki, filan sürücü bizə hədə-qorxu gəldi və biz o qədər
zəif və iradəsiz dövlətik ki, piyada keçidindən keçməyə başlayırıq, yəni hərəkət
qaydalarını öyrənirik.
Biz dövlətimizin gigiyenası barədə
düşünməliyik. Yoxsa qəbul etməliyik ki, əgər biz şosse yolunun hərəkət hissəsində
dayanmışıqsa və 100 sürətlə gedən maşınların sürücülərinə tarixi ədalətin nə
olduğunu izah ediriksə, arqumentlərimiz nə qədər doğrudur? Üzr istəyirəm, bu,
heç kimin marağında deyil. Çünki onlar sadəcə A nöqtəsindən B nöqtəsinə getmək
istəyirlər”, - deyə o vurğulayıb.
Avqustun 8-dən sonrakı vəziyyət barədə
danışarkən, Paşinyan qeyd edib ki, bundan sonra etdiyi müraciətində sülhü yeni
doğulmuş uşağa bənzədib, uşaq böyüməli, möhkəmlənməlidir: “Bizdə yaxşı bir məsəl
var, uşaq xəstələnə-xəstələnə böyüyür. Sülh də elədir, xəstələnərək böyüyəcək:
soyuqlayacaq, qrip olacaq, hərarəti qalxacaq, sonra enəcək”.
19:18 29.09.2025
Oxunuş sayı: 1097