Moldovada parlament seçkilərində Sandunun rəhbərlik etdiyi partiya qalib gəldi

Moldovada parlament seçkilərində Sandunun partiyası qalib gəldi.
Crossmedia.az xəbər verir ki, Moldovada səslərin 99,38%-i işləndikdən sonra Moldova prezidenti Maya Sandu tərəfindən qurulan hakim Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 49,95% səs toplayıb.
İkinci yerdə 24,31% səslə keçmiş rusiyayönlü prezident
İqor Dodonun rəhbərlik etdiyi müxalif Vətənpərvər Seçki Bloku qərarlaşıb.
Alternativ (8%), Renato Usatii Bizim Partiya (6,22%) və
Evdə Demokratiya (5,64%) də parlamentə daxil olub.
Sandu partiyası yeni Moldova
parlamentində yeganə çoxluğu təmin edib: PAS 101 yerdən 52-ni qazanıb.
18:59 29.09.2025
Oxunuş sayı: 2704