Polşa XİN: Rusiyanın hücum imkanları tükənib

Rusiyanın hücum imkanları tükənib.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski CNN-ə müsahibəsində deyib:
“Düşünürəm ki, Prezident Donald Tramp bizim gördüyümüzü görür. Ukraynanın Rusiya ərazisindəki strateji hədəflərə, o cümlədən neft emalı zavodlarına endirdiyi zərbələr Moskvanın hərbi potensialına ciddi təsir göstərir. Ukrayna artıq Rusiyanın təxminən yarıdan çox neft emalı zavodlarına hücum edib. Bu isə o deməkdir ki, Rusiya ordusunun Ukraynaya hücum imkanları zəifləyir”.
Nazir həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin yalnız o zaman Ukraynaya qarşı müharibəni dayandıracaq ki, bu müharibəni uda bilməyəcəyini başa düşsün: “Putin hesab edirdi ki, Kiyevdə çevriliş olacaq, hər şey üç gün ərzində bitəcək və ukraynalılar onları itirilmiş ruslar kimi qucaq açaraq qarşılayacaqlar. Bütün bu hesablamalar səhv çıxdı. İndi o, Rusiyanın gələcəyini məhv edən və milyonlarla ölən və yaralananla nəticələnən bir müharibəyə batıb,” – deyə Sikorski bildirib.
O, ABŞ-ni Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynaya dəstəyi artırmağa çağırıb. Nazirin fikrincə, yalnız bu yolla Kreml müharibəni davam etdirə bilməyəcəyini anlayacaq.
Səriyyə Tağıyeva
18:13 29.09.2025
Oxunuş sayı: 2700