“Yüksəliş” qalibi ilə müsahibə: “Başa düşürdüm ki, özümü başqası ilə müqayisə etmək məni geri sala bilər” - ANONS

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir.
Növbəti müsahibimiz Beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərindən İbrahim Məmmədovdur.
Müsahibədən əsas fikirləri təqdim edirik:
“Başa düşürdüm ki, özümü başqası ilə müqayisə etmək məni geri sala bilər”.
“Əsas məsələlərdən biri də enerjinin düzgün bölüşdürülməsidir”.
“Böyük əksəriyyət “Yüksəliş” qalibi olmağının öhdəlik olduğunu başa düşür”.
“Texniki bacarıqlar bu müsabiqədə az rol oynayır və həlledici deyil”.
Kənan Novruzov
23:29 22.08.2025
Oxunuş sayı: 1279