"Yüksəliş" qalibi ilə müsahibə:" Dördüncü müsabiqədəki səhvlərimdən dərs çıxardım" - ANONS

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir.
Növbəti müsahibimiz Beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərindən Fərid Musatafayevdir.
Müsabihədən əsas fikirləri təqdim edirik:
- Dördüncü müsabiqədəki səhvlərimdən dərs çıxardım.
- "Yüksəliş" ailəsi çox böyük işlər görür.
- "Yüksəliş" vasitəsilə yeni dostluqlar qazandım.
- Qalib gəlmək üçün yerli universitetlərin verdiyi təhsil kifayət edir.
Müsahibə yaxın günlərdə saytımızda dərc olunacaq.
Kənan Novruzov
15:49 20.08.2025
Oxunuş sayı: 1525