Keçmiş müttəfiqlər indi üz-üzə: ABŞ ilə Fransanın Cənubi Qafqaz sınağı

ABŞ dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparıb.
Bu barədə ABŞ Dövlət Departamentinə istinadən məlumat verir.
Telefon danışığı zamanı onlar İranın nüvə silahına malik olmasına yol verməməyə çağırış ediblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını, Qəzzadakı humanitar vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinə son qoyulması istiqamətində səyləri və Sudanda davam edən münaqişəni müzakirə ediblər.
İndiki həssas məqamda, ABŞ-də Azərbaycan Prezidenti ilham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün gözlənildyi bir vaxtda tərəflərin Cənubi Qafqazdakı durumu müzakirə etmələri diqqət çəkir. Maraqlıdır, adətən regional bağlı destruktiv və riyakar mövqe ortaya qoyan Parisin “qarın ağrısı” nə ilə bağlıdır?
Diplomatların telefon danışığı barədə Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev hazırki vəziyyətdə ABŞ -nin Fransaya nisbətən daha realist siyasət yeritdiyini diqqətə çatdırıb: “Məlum olduğu kimi, Fransa Ermənistana güclü dəstək göstərirdi və Ermənistan tərəfindən Cəubi Qafqazda maraqlı dövlət kimi çıxış edirdi. ABŞ Dövlət Departamentinin rəhbəridə məhz bu məsələni Fransa ilə müzakirə etmək istəyib. Vaşinqton əldə olunan razılaşmada, yəni bölgədə aparacağı siyasətdə Fransanı narazı salmaq istəmir. Faktiki olaraq hazırda bu yöndə işlər görülür. ABŞ və Fransa siyasətlərini Cənubi Qafqazda eyni xətt üzrə davam etdirə bilmir. Çünki ABŞ-dəki Tramp adminstrasiyası Makron hökümətinə nisbətən daha realist siyasət yeridir. Nəzərə almalıyıq ki, Makron höküməti daha çox ermənipərəst mövqe nümayiş etdirirdi. Bu da məsələni reallıqdan uzaqlaşdırırdı. Nəzərə alaq ki, bu yanaşma ABŞ-ı Cənubi Qafqazdan tamamilə uzaq düşməsinə səbəb olur”.
Müsahibimizin fikrincə, tərəflər həm də ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrləri kimi bir- birilərini məlumatlandırırlar: “Ümumilikdə isə qeyd etmək lazımdır ki, ABŞ ilə Fransanın fikirləri qətiyyən üst-üstə düşmür. Bu iki aktor Cənubi Qafqazla bağlı tam əks yanaşmadadırlar”.
Kənan Novruzov
20:10 06.08.2025
Oxunuş sayı: 783