Conson: Ukraynanı günahlandırmaq cəfəngiyyatdır
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ-nin Rusiyanın yanacağına tətbiq edilən sanksiyaları ləğv etməsini tənqid edib.
Crossmedia.az xəbər verir ki, Conson bu barədə KİV-ə açıqlamasında bildirib.
“ABŞ-nin Rusiyanın yanacağına qarşı sanksiyaları ləğv etməsi ürəkbulandırıcıdır. Hörmüz boğazının bağlanması ilə başlayan qiymət artımlarına görə Ukraynanı məsul tutmaq isə açıq-aşkar cəfəngiyyatdır”, – deyə o bildirib.
Conson qeyd edib ki, Rusiya nefti və təbii qazının yenidən dünya bazarlarına qayıtması istənilirsə, müharibə Ukraynanın azad, suveren və müstəqil qalacağı şəkildə başa çatdırılmalıdır.
09:35 11.10.2026
Oxunuş sayı: 68