Şotlandiyada dayə ilə bağlı ciddi iddialar araşdırılır
Şotlandiyada 55 yaşlı dayə Amanda Mathewsonun evində uşaqlara lazımi qayğı göstərilmədiyi ilə bağlı ciddi iddialar ortaya çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məlumata görə, hadisə uşaqların dayənin evindən qayıdarkən ac və susuz olmalarının valideynlərin diqqətini çəkməsi ilə başlayıb. Bəzi valideynlər uşaqların geyimlərində yemək ləkələrinin olmadığını, digərləri isə onların bezlərinin dəyişdirilmədiyini və çirkli vəziyyətdə evə gətirildiyini bildiriblər.
Şübhələri artan ailələr dayənin evini yoxlayarkən yuxarı mərtəbədəki yataq otağında daha doqquz uşaq aşkar ediblər. Uşaqların hamısının beş yaşından kiçik olduğu, onlardan ikisinin isə uşaq arabalarına bağlandığı bildirilib.
Məhkəməyə təqdim edilən məlumatlara əsasən, uşaqlar qorxmuş və narahat vəziyyətdə olublar. Bununla belə, onların heç birində fiziki xəsarət qeydə alınmayıb.
Valideynlərin məlumatından sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı uşaqlara göstərilən qayğı ilə bağlı daha ciddi iddialar da gündəmə gəlib.
11:25 11.10.2026
Oxunuş sayı: 51