Sabah bəzi rayonlarda yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-9, gündüz 13-18 dərəcə isti gözlənilir.
12:29 11.10.2026
Oxunuş sayı: 62