Zelenski ilə bağlı “The Endgame” paylaşımı gündəm yaradıb
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyinə işarə edən paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi olan Dmitriyev “X” sosial şəbəkəsində Zelenskinin təsvir olunduğu və üzərində “The Endgame” (“Oyunun sonu”) yazısı olan şəkil paylaşıb.
Paylaşım ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyi ilə bağlı bir sıra açıqlamalarından sonra edilib.
Tramp oktyabrın 10-da jurnalistlərlə söhbətində Zelenskinin bütün dünya üçün problemlər yaratdığını bildirib. O, ukraynalılara yeni lider seçməyi tövsiyə edib və Zelenskini hücumları dayandırmağa çağırıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə danışıqların davam etdirilməsi barədə qərarı öz maraqlarını nəzərə alaraq verəcəyini bildirmişdi.
23:03 10.10.2026
Oxunuş sayı: 61