İran XİN rəhbərindən Netanyahunun ünvanına sərt ittihamlar
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunu tənqid edərək onu müharibə cinayətlərində ittiham edib və ABŞ-ni daha çox itki və maliyyə yükündən qorumaq əvəzinə öz maraqlarını güdməkdə günahlandırıb.
Crossmedia.az xəbər verir ki, Əraqçi bu barədə ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İranlı nazir Netanyahunu “ərəb, amerikalı və iranlıların qanı əllərində olan, axtarışda olan hərbi cinayətkar” adlandırıb. Onun sözlərinə görə, İsrailin baş naziri ədalətdən yayınmaq üçün öz xalqına da hörmət etmir.
Əraqçi ABŞ rəsmilərinin də Netanyahudan narazı olduğunu iddia edib. O bildirib ki, İsrailin baş naziri “korrupsiyalaşmış qumarbaz kimi” özünü xilas etmək üçün daha çox amerikalının qanı və ABŞ-ın sərvəti hesabına hərəkət edir.
İranın xarici işlər naziri ABŞ senatorlarının belə bu prosesdən çıxmaq istədiyini vurğulayıb.
07:55 11.10.2026
Oxunuş sayı: 54