Sumqayıtda 32 yaşlı kişi dəm qazından öldü
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
09:02 11.10.2026
Oxunuş sayı: 52