Avropa Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırlaşır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın son iki gündə Ukraynaya hücumları nəticəsində 80-dən çox mülki şəxsin öldüyünü bildirib və Moskva üzərində təzyiqlərin artırılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Kallas Rusiyanın Aİ-yə üzv ölkələrə və NATO müttəfiqlərinə qarşı hibrid hücumlarını da artırdığını iddia edib. O, Rusiyanın dizelinə tətbiq edilən sanksiyaların dayandırılmasının Moskvaya müharibəni davam etdirmək üçün əlavə gəlir qazandırdığını vurğulayıb.
“Rusiyaya təzyiqləri azaltmağın vaxtı deyil və Avropa bunu etməyəcək”, – deyə Kallas bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyanın hərbi potensialını hədəf alan ən geniş sanksiyalar paketini təsdiqləməyi planlaşdırırlar. Kallas Moskva üzərində təzyiqlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Aİ Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hücumlara başlamasından sonra Moskvaya qarşı 21 sanksiya paketi qəbul edib.
İyulun 23-də təsdiqlənən 21-ci paketlə Rusiyanın enerji, maliyyə və ticarət sektorlarına əlavə məhdudiyyətlər tətbiq olunub. Aİ-nin gündəmində olan 22-ci sanksiyalar paketinin isə əsasən Rusiyanın müdafiə sənayesini hədəf alacağı gözlənilir.
01:40 11.10.2026
Oxunuş sayı: 60