ABŞ və Ukrayna Mayamidə ərazi məsələsini müzakirə edib
ABŞ və Ukrayna nümayəndələri Mayamidə keçirilən danışıqlarda ərazi məsələsini müzakirə ediblər. Görüşlər zamanı müharibədən sonrakı bərpa planları və təhlükəsizlik arxitekturasının yaradılması məsələləri də gündəmə gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 2026-cı il oktyabrın 9-da Mayamidə keçirilən danışıqlarda ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna üçün müharibədən sonrakı tədbirlər paketini təqdim ediblər.
Paketə Ukrayna ordusunun yenidən qurulmasının maliyyələşdirilməsi yolları, eləcə də müharibə nəticəsində yaranmış büdcə kəsirinin aradan qaldırılmasına dair təkliflər daxil olub.
ABŞ nümayəndə heyəti, həmçinin həm Qərbin, həm də Rusiyanın maraqlarını nəzərə almalı olan təhlükəsizlik sisteminin yaradılması məsələsini müzakirə edib.
Oktyabrın 10-da jurnalist Aleks Raufoğlu ABŞ və Ukrayna arasında Mayamidə keçirilən danışıqların vaxtından əvvəl başa çatdığını bildirib. Onun sözlərinə görə, görüşlərin ikinci gününə dair plan ləğv edilib.
22:51 10.10.2026
Oxunuş sayı: 62