Ukrayna dronlarının hücumunda iki mülki şəxs yaralanıb
Rusiyanın Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində iki mülki şəxs yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı “MAX” messencerində məlumat yayıb.
Məlumata görə, Şebekino şəhərində FPV-dron avtomobili vurub. Hadisə nəticəsində sinə, qarın, çiyin və ayaqlarından qəlpə yaraları alan kişiyə Şebekino Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərilir.
Valuyki şəhərində isə pilotsuz uçuş aparatının partlaması nəticəsində bir kişi sinəsindən və ayaqlarından qəlpə yaraları alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.
Qeyd edək ki, bundan əvvəl Belqorod vilayətində Ukrayna dronlarının hücumları nəticəsində daha dörd nəfərin yaralandığı bildirilmişdi.
23:50 10.10.2026
Oxunuş sayı: 52