Rusiya dünya bazarına 500 min ton dizel çıxaracaq
Rusiya hökuməti dizel yanacağının ixracına tətbiq edilən qadağanı qismən yumşaldıb. Qərar Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmalar çərçivəsində qəbul edilib və oktyabrın 10-dan qüvvəyə minib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS”agentliyi məlumat yayıb.
Hökumətin açıqlamasına görə, qərar ilkin mərhələdə dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan verəcək. Bildirilib ki, qərar qüvvəyə mindikdən sonra Rusiya neft şirkətləri yanacağın xarici bazarlara tədarükünə dərhal başlayacaqlar.
22:41 10.10.2026
Oxunuş sayı: 52