İran Hörmüzdə LPG gəmisinin vurulduğunu açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının cənubundakı alternativ marşrutla hərəkət etməyə çalışan “NV Sunshine” adlı böyük LPG daşıyan gəmiyə zərbə endirildiyini və gəminin maşın şöbəsində yanğın baş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın yarırəsmi “Tasnim” xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda hadisəyə görə ABŞ ordusu məsul tutulub. İran tərəfi Vaşinqtonun gəmiçilik və sığorta şirkətlərinə təzyiq göstərdiyini, onları aldatdığını və gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək üçün rüşvətdən istifadə etdiyini iddia edib.
İnqilab Keşikçiləri Korpusu ABŞ-ın gəmilərə və sığorta şirkətlərinə müdaxiləsinin davam edəcəyi təqdirdə bölgədə belə hadisələrin sayının artacağı barədə xəbərdarlıq edib.
Bəyanatda, həmçinin İranın razılığı olmadan müəyyən edilmiş marşrutlardan keçən gəmilərin təkcə Hörmüz boğazında deyil, bütün region üzrə izləniləcəyi və cəzalandırılacağı bildirilib.
22:06 10.10.2026
Oxunuş sayı: 72