İŞİD əməliyyatında 22 şübhəli həbs edilib
Türkiyənin Kahramanmaraş şəhəri mərkəz olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 39 şübhəli saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda silah, döyüş sursatı, rəqəmsal materiallar və qadağan olunmuş nəşr olduğu ehtimal edilən kitablar aşkarlanıb.
Polisdəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 22-si barəsində həbs qətimkan tədbiri seçilib, 17 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
11:13 11.10.2026
Oxunuş sayı: 56