Azərbaycan və Ermənistan bir neçə gün sonra sülh sazişi imzalayacaq?- ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan avqustun 7-dən 8-dək ABŞ-da olacaqlar. Bu gün Paşinyan ABŞ-a yola düşüb. Noyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş imzalandıqdan sonra davamlı sülh üçün konkret addımlar atılmayıb. Xüsusilə Türkiyə Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh sazişinin birgə həyata keçirilməsinə can atırdı".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçiriləcək görüşü barədə danışan türkiyəli politoloq Hasan Oktay deyib.
O xatırladıb ki, Paşinyan İstanbula gedəndə Azərbaycan Prezidenti İlham Əliyev də Kahramanmaraşda zəlzələ sığınacaqlarının açılışında iştirak edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki liderin bir araa gətirərək sülh üçtərəfli sülh sazişinin imzalanmasını istəyirdi. Rəsmi Ankara tez-tez vurğulayırdı ki, bu sülh müqaviləsinin açarı heç bir ilkin şərt olmadan Cənubi Qafqaza sabitlik, sülh və əmin-amanlıq gətirməkdir. Ermənistan və Azərbaycan rəsmiləri Əbu-Dabidə görüşdülər və indi ABŞ-da sülh sazişi yox, anlaşma memorandumunun imzalanması üçün görüşmək imkanlarına üstünlük verilir. ABŞ Prezidenti Donald Trampın regionun Zəngəzur dəhlizi ilə bağlı gözləntiləri arasında ön sıralara çıxması və onun ABŞ şirkətləri tərəfindən idarə ediləcəyini açıqlaması bölgəni canlandırıb. Türkiyə regionun problemlərinin heç bir ilkin şərt və dəhliz olmadan üçtərəfli sülh prosesi ilə həllini təklif edir. Trampın isə dəhlizi prioritetləşdirən sülh sazişinin regional sabitliyə töhfə verəcəyini deməsi ciddi ziddiyyət yaradır. Çünki xəritələrdə göstərildiyi kimi, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədindən keçəcək. Bu, İran rəsmilərinin dəfələrlə bəyan etdiyi kimi, İran üçün qəbuledilməzdir. Bundan başqa, Rusiya ABŞ-nin Cənubi Qafqaza sülh sazişi imzalamaq üçün müdaxiləsinə icazə vermək istəmədiyini bildirib".
Onun fikrincə, İrəvan bundan yaxın aylarda seçkilər üçün ""rıçaq kimi istifadə etmək niyyətindədir: "Azərbaycan isə sabitlik və sülhün bütün formalarına hazır olduğunu nümayiş etdirmək üçün bu görüşdə iştirak edəcək. Bu, görüşdə yekun sülh razılaşmasının əldə olunması ehtimalının aşağı olduğu bildirilir. Türkiyə olaraq Cənubi Qafqazdakı problemlərin ancaq Ermənistan, Azərbaycan və Türkiyə tərəfindən birgə həll oluna biləcəyinə inanırıq. Sərhəd qapılarının bağlı saxlanması Türkiyə-Ermənistan münasibətlərində həlledici məqamdır və buna görə də bu məsələnin heç bir şərt qoymadan üçtərəfli sülh razılaşması ilə həlli ən asan həll yoludur. ABŞ-nin yeni aktor kimi bu sülh sazişi ilə regiona daxil olmaq istəməsi İran və Rusiya üçün qəbuledilməzdir. Ancaq Türkiyənin qonşu Ermənistanı və sərhəd qapılarının bağlanması, Ermənistan-Azərbaycan münasibətlərinin Türkiyə üçün həlledici əhəmiyyəti üçlü sülhün imzalanmasını, Türkiyənin tezisini daha məqbul variant edir".
Kənan Novruzov
15:18 06.08.2025
Oxunuş sayı: 1074