İsmayıl Şıxlının anım günüdür

Bu gün Azərbaycanın görkəmli yazıçısı, ictimai xadim, "Dəli Kür" romanının müəllifi İsmayıl Şıxlının anım günüdür.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. O, Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamış, realist üslubda yazdığı əsərlərində milli mənəvi dəyərləri, azadlıq və ədalət uğrunda mübarizəni ön plana çəkmişdir. Ən məşhur əsəri "Dəli Kür", sovet dövründə milli özünüdərk və vətəndaş mövqeyini əks etdirən mühüm ədəbi nümunələrdən biri hesab olunur.
İsmayıl Şıxlı uzun illər ictimai fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyində və Azərbaycan SSR Ali Sovetində məsul vəzifələrdə çalışmışdır.O, 1995-ci il iyulun 26-da vəfat etmişdir.
22:36 27.07.2025
Oxunuş sayı: 1216