Azərbaycan etibarlı enerji tərəfdaşıdır

Bakı Ekspo Mərkəzində 2 iyun 2025-ci ildə başlayan Bakı Enerji Həftəsi çərçivəsində üç mühüm tədbir keçirilir. Belə ki, 3-5 iyun tarixlərində təşkil olunan bu sərgi, Xəzər regionunun ən böyük neft və qaz sərgisi olaraq tanınır. Bu il 31 ölkədən 250 şirkət iştirak edir və sərgi sahəsi 4345 kvadratmetr təşkil edir. Eyni tarixlərdə keçirilən bu sərgi, regionda enerji və yaşıl enerji sahələrindəki yenilikləri təqdim edir. Sərgidə enerji istehsalı, bərpa olunan enerji mənbələri və yaşıl texnologiyalar mövzuları ön plandadır.4-5 iyun tarixlərində keçirilən bu forumda, enerji sahəsindəki qlobal əməkdaşlıq, dayanıqlı enerji gələcəyi və yaşıl enerji mövzuları müzakirə olunur. Forumda SOCAR prezidenti Rovşən Nəcəfov, bp Azərbaycanın regional prezidenti Qari Conson və digər beynəlxalq şirkətlərin nümayəndələri çıxış edirlər. Forumun proqramında rəqəmsallaşma, karbon emissiyalarının azaldılması və enerji bazarlarının gələcəyi kimi mövzular da yer alır.Bakı Enerji Həftəsi, Azərbaycanın enerji sahəsindəki mövqeyini gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyan önəmli bir tədbirdir.Qeyd edək ki, Azərbaycan dünyada artıq “yaşıl enerji”yə keçid etmiş ölkə kimi tanınır. Alternativ enerji mənbələrindən istifadə hazırda ölkəmizdə geniş tətbiq olunur. Xüsusən də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda. “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə də Prezident İlham Əliyev bu məqama toxunaraq, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyamızın əsas istiqaməti olduğunu qeyd etdi.
30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində həmçinin yerli və xarici ölkələrdən olan startap layihələrinin və ümumilikdə 10 stendin nümayiş olunduğu “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olundu. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaratdı.
Azərbaycan bu tədbir vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat yaradır. Amerika Birləşmiş Ştatların Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, dünya enerji bazarında sabitliyin təmin olunmasında Azərbaycanın oynadığı mühüm rol dəyərləndirildi. “Son 30 il ərzində enerji ehtiyatları baxımından zəngin olan ölkələrimiz neft-qaz sektorunda son dərəcə məhsuldar bir tərəfdaşlıqdan məmnun qalıblar”deyə məktubda bildirilib.Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur. Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
15:00 05.06.2025
Oxunuş sayı: 13492