Estoniya XİN Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki rəsmi səhifəsində paylaşım edilib.
"Müstəqillik Gününü qeyd edən Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq", - paylaşımda bildirilib.
11:26 28.05.2025
Oxunuş sayı: 1110