Aİ Finlandiyaya dronlarla mübarizə üçün 32 milyon avro ayırıb
Avropa İttifaqı Finlandiyanın Rusiya ilə sərhədində və Finlandiya körfəzi üzərində pilotsuz uçuş aparatlarına qarşı mübarizəni gücləndirmək üçün 32 milyon avro vəsait ayırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle yayım şirkəti məlumat yayıb.
Vəsait sərhəd xidmətinin dronları aşkarlamaq və zərərsizləşdirmək üçün nəzərdə tutulan sistemlərlə təchiz edilməsinə yönəldiləcək. Yeni avadanlıqlar ölkənin şərq sərhədində və Finlandiya körfəzi üzərində pilotsuz uçuş aparatlarının müşahidə imkanlarını genişləndirəcək.
Əsas satınalmaların 2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.
21:09 15.10.2026
Oxunuş sayı: 65