Rusiya Navai reperinin saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib
Rusiyanın Almatıdakı Baş Konsulluğu rusiyalı reper Navai-nin saxlanılması ilə əlaqədar Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilib.
Məlumata görə, reper Qazaxıstana giriş zamanı narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb. “Korday” sərhəd-keçid məntəqəsində avtomobilinə baxış keçirilərkən sərhədçilər qadağan olunmuş maddələr aşkar edərək götürüblər.
21:26 15.10.2026
Oxunuş sayı: 57