Bu şəxslərə maaşla bağlı şad xəbər
Bakıda COVİD-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dən 2027-ci il yanvarın 2-nə qədər uzadılıb.
19:50 15.10.2026
Oxunuş sayı: 49