Tramp Ağ Ev aparat rəhbərini dəyişməyi düşünür
ABŞ Prezidenti Donald Trampın Ağ Evin aparat rəhbəri Syuzan Uaylsı vəzifədən kənarlaşdırmaq və onun yerinə başqa namizəd təyin etmək barədə müttəfiqləri ilə qapalı müzakirələr apardığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, Trampın sorğularda zəif nəticələrdən narazı olması Uaylsın vəzifəsinin taleyi ilə bağlı müzakirələri gücləndirib. Bildirilir ki, onun administrasiya daxilindəki bəzi rəqibləri vəzifədən uzaqlaşdırılmasını istəyib və bu məqsədlə Uaylsın ailəsi və yaxın çevrəsi ilə bağlı mənfi məlumatları prezidentin diqqətinə çatdırıblar.
Nəşrin yazdığına görə, mümkün əvəzedicilər arasında Stiven Miller, Stiv Uitkoff, Bill Pult, Kevin Makkarti və Rendi Levinin adları çəkilir.
Tramp isə yayılan məlumatları təkzib edərək onları “tamamilə saxta xəbər” adlandırıb. O, Uaylsa olan etimadının tam olduğunu bildirib.
18:28 15.10.2026
Oxunuş sayı: 64