İstanbulda barajların doluluq səviyyəsi 45 faizi keçdi
İstanbulda yağan güclü yağışlar şəhəri su ilə təmin edən su anbarlarında doluluq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, su anbarlarının doluluq səviyyəsi bir gün ərzində 7,16 faiz artıb. Oktyabrın 15-nə olan məlumata əsasən, anbarların orta doluluq göstəricisi 45,22 faizə çatıb.
Su anbarları arasında doluluq səviyyəsi Elmalıda 100 faiz, Istrancalarda 84,2 faiz, Alibeydə 68,13 faiz, Darlıkda 67,74 faiz, Ömərlidə 62,17 faiz, Terkosda 34,64 faiz, Böyükçekmecedə 29,02 faiz, Sazlıderedə 27,47 faiz, Kazanderedə 8,28 faiz, Pabuçderedə isə 3,41 faiz təşkil edib.
İSKİ-nin məlumatına görə, İstanbulun su anbarları və gölməçələrinin ümumi tutumu 868,68 milyon kubmetrdir. Hazırda burada 392,45 milyon kubmetr su toplanıb. Şəhərdə gündəlik su istehlakı isə 2,09 milyon kubmetr olaraq qeydə alınıb.
Bu il Melen və Yeşilçay mənbələrindən ümumilikdə 567,87 milyon kubmetr su götürülüb. İçməli su təmizləyici qurğulardan şəhərə verilən suyun həcmi isə 908 milyon kubmetrdən çox olub.
İSKİ-nin son 10 ilin oktyabrın 15-nə aid statistikası göstərir ki, su anbarlarının doluluq səviyyəsi 2023-cü ildə 21,69 faiz, 2025-ci ildə 24,96 faiz olub. Bu ilki 45,22 faizlik göstərici həmin iki ilin nəticələrindən yüksəkdir.
20:14 15.10.2026
Oxunuş sayı: 53