AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Abşeron rayonunda yerləşən “Avrora” MMC-nin fəaliyyəti ilə tanış olub.
Bu barədə Crossmedia.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA sədrinə müəssisənin istehsal potensialı, texnoloji imkanları və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Qoşqar Təhməzli müəssisənin unlu qənnadı məmulatlarının istehsalı və emalı sahələrinə, həmçinin texnoloji xətlərə baxış keçirib.
Baxış zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.
19:22 15.10.2026
Oxunuş sayı: 64