Husilər Yəməndə prezident sarayına raket zərbəsi endirib
Yəməndə husilər Ədən şəhərində yerləşən prezident sarayının kompleksinə raket hücumu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, saray kompleksinə bir neçə raket atılıb. Hadisə şahidləri iqamətgahın yerləşdiyi ərazidə güclü partlayış səslərinin eşidildiyini bildiriblər.
Yəmənin İnformasiya Nazirliyinin məlumatına əsasən, hücum zamanı ölkənin baş naziri xəsarət almayıb. Onu müşayiət edən iki nəfər isə həlak olub.
21:03 15.10.2026
Oxunuş sayı: 69