Monteneqro ukraynalı hərbi mükəlləfiyyətlilər üçün sığınacaq şərtlərini sərtləşdirib
Monteneqro Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə statusunun verilməsi qaydalarını sərtləşdirib.
Crossmedia.az xəbər verir ki, RTV Podgorica bu barədə məlumat yayıb.
Yeni qaydalara əsasən, müvəqqəti müdafiə statusunu yalnız ölkəyə gəlməzdən əvvəl Ukrayna ərazisində yaşamış və hərbi xidmət öhdəliyini yerinə yetirmiş, yaxud bu öhdəlikdən azad edilmiş şəxslər ala biləcəklər.
Beləliklə, Ukrayna vətəndaşlarının Monteneqroda müvəqqəti müdafiədən yararlanması üçün əlavə şərtlər müəyyən edilib.
20:35 15.10.2026
Oxunuş sayı: 57