Zelenski LGBT-ni müdafiə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski insan hüquqları üzrə Milli Strategiyanı imzalayıb. Sənəd LGBT icmasının hüquqlarının dövlət səviyyəsində qorunmasını, ayrı-seçkilik və zorakılığın qarşısının alınmasını nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilib.
Strategiyaya əsasən, vətəndaşların dövlət xidmətlərindən bərabər şəkildə yararlanması üçün şərait yaradılması da planlaşdırılır. Sənəd LGBT icması da daxil olmaqla, insanların hüquqlarının müdafiəsinə və bərabər imkanların təmin edilməsinə yönəlib.
21:31 15.10.2026
Oxunuş sayı: 61