Böyük Britaniya Ukraynaya əlavə “Storm Shadow” raketləri göndərir
Böyük Britaniya qış mövsümü ərəfəsində Rusiyanın Ukraynanın mülki infrastrukturuna yönələn hərbi əməliyyatlarını pozmaq məqsədilə Kiyevə əlavə uzaqmənzilli “Storm Shadow” raketləri göndərir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, raket tədarükünün məqsədi Ukraynanın müdafiə imkanlarını gücləndirmək və Rusiyanın hərbi əməliyyatlarına qarşı mübarizəyə dəstək verməkdir.
Əlavə raketlərin göndərilməsi qış ərəfəsində Ukraynanın enerji və digər mülki infrastrukturuna mümkün hücumlar fonunda baş verir.
20:08 15.10.2026
Oxunuş sayı: 58